İnsan psixikasını bir aysberqə bənzətsək, şüur bu aysberqin suyun səthində qalan hissəsi, şüuraltı və ya təhtəlşüur isə suyun altında olan nəhəng və gizli hissəsidir. Əslində, aysberqin görünən hissəsini də idarə edib hərəkətə gətirən onun gizli hissəsidir. Belə ki, suyun üzərində olan kiçik buz parçası suyun altında olan nəhəng "kökü" üzərində qərar tapıb. Şüur da eynilə şüuraltı üzərində qərar tutaraq ondan təsirlənir və onun göstərişlərinə biganə qalmır.