Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün iki-üç mismar bəs eləyər. İstəyir qızıldan olsun, istəyir qurğuşundan, ya da lap paslanmış olsun, ona fərq eləmir. Harada kefi gəlir, orada da adamı yaxalayır. İstəyir qaratikan kolu olsun, istəyir qızılgül, fərqi yoxdur, sədəf kimi parıldayan ay işığına bürünəndə, "Min bir gecə” nağılına dönür