Hardan başlayım, nə yazım bilmirəm. Yazarın ilk dəfə "bu şəhərdə kimsə yoxdur" romanını oxumuşdum və çox təsirlənmişdim. Ona görə "relslər üzərinə uzanmış adam" romanının da maraqlı və dərin olacağına əmin idim. Amma bu qədərini gözləmirdim doğrusu. Çox uzatmadan mövzuya keçim.
Əsər iki düşmən edilmiş millətin üzvü olan gəncin acı taleyindən, onların gələcək faciələrindən, Srebrenitsa qətliyaməndan bəhs edir. Əsərin baş qəhrəmanlarından olan serb qızı Adriana serblərin Balkanlarda sıxışdırılması haqqında siyasi bir məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Qatı millətçi ailədə böyümüş Adirana özü də istəmədən "düşmən" millətin nümayəndəsinə aşiq olur və həyatı bundan sonra köklü şəkildə dəyişir. Əsər bizə sevgini, fədakarlığı, müharibənin doğurduğu faciəni və hər şeyə rəğmən həyatın davam etdiyini göstərir. Kitabın bəzi hisslərini zövqlə, sevinclə oxuyarkən bəzi hissləri ürəyimi dağladı. Düşünürəm ki hər kəsin oxumalı olduğu kitablardandı