"Axtaran birinin gözü axtardığı şeydən başqasını görməz, əksəriyyəti heç cürə axtardığını tapa bilməz, çünkü fikri-zikri axtardığı şeydədir, çünki bir amalı var, çünki bu amalın sehrində qeyb olub. Axtarmaq-bir amalı olmaq deməkdir. Tapmaqsa azad olmaq, heç bir məqsədi olmadan yaşamaqdır. Sən ey hörmətə layiq insan, bəlkə həqiqətən axtaran birisən,çünki amalının arxasınca düşməkdən gözünün qabağında dayanan bəzi şeyləri görmürsən"