Günəş İbrahimova

Günəş İbrahimova
@Gunes_1501
Aləm hamısı xidmətindədir, ey Adəm övladı!Allah bir çiçəyi sadəcə sənin görüb və Ona təvəkkül etməyin üçün yaratdı. Kainatdakı o tək çiçək sadəcə sənin üçündür. Bu, həqiqətən də mükəmməldir! İndi isə bizi əhatə edən bütün maddi aləmi düşün: mavi səmanı, yaşıl örpəyə bürünmüş təbiəti, dalğalanan dənizləri, əzəmətli dağları və o dağlardan çağlayaraq axan şəlalələri...Bütün bunlar sənin üçündür. Sadəcə sənin! Bu səbəbdən qəlbini yoran hər nə varsa, bu cümlələri xatırla və Onu an. O, hər an səninlədir, səni görür və eşidir. Sən kiçik şeylər üçün yaradılmadın, sən bütün yaradılışdan üstünsən. Bir düşün, hər gün günəş sənin üçün doğur, gecə sənin üçün gəlir. Maddi cəhətdən bizdən qat-qat böyük olan günəş və ay hər gün sənə xidmət edir. Sənin üçün yağış yağır, fəsillər dəyişir, yer fırlanır və sənə adi görünən milyonlarla möcüzə baş verir.İndi bir daha düşün, səncə, sən dəyərsizsən? Hələ də Allahın səni unutduğunu düşünürsən? Xeyr, sən çox dəyərlisən! Elə dəyərlisən ki, Allah hüzün atəşi və çətinliklərlə ruhunu yoğurur, onu layiq olduğu ali məqama yüksəldir. Axı biz çox vaxt unuduruq: həkimin sağlamlığımız üçün yazdığı acı dərmanları, vurduğu ağır iynələri. Öncə çox ağrıdır, hətta insanı bezdirir. Lakin sonra bədənimiz təsəvvür belə edə bilmədiyimiz bir rahatlığa qovuşur.
Reklam
Nə gözəldir insanın Yaradanı müqabilində yersiz təkəbbür libasını çıxarıb, öz mütləq acizliyini etiraf etməyi bacarması... Bir Allah dostu hər gecə varlığın ən gizli qatlarından ucaldırdı bu səmimi fəryadı səmaya: "İlahi, Sənə olan təvəkkülümün, ən xalis dualarımın, hətta günahlardan qaçıb sığındığım tövbələrimin belə yenidən bir tövbəyə ehtiyacı var. Mənim hər əməlim qüsurludur, lakin mən Sənin bənzərsiz, hüdudsuz lütfünə, rəhmətinə ümidvaram". Nə qədər müqəddəs bir etirafdır...
Nədənsə hər şeyin hay-küylü, reklam olunan variantına öyrəşmişik bir az... Kiməsə dəyər verməyin də mütləq gözəbatan və gurultulu olması lazımdır, elə bilirik. (aha, gözəldir, amma hər zaman səmimi deyil, bəzən də uyğun deyil, bu versiya)... Amma bəlkə də ən əfsəli heç kimin xəbəri olmadığı o sakitlikdədir..Həm də sağlam xarakter formalaşdırır, məncə, bu duruş. Heç bir tərif ummadan, görünmədən ,heç bir minnət qoymadan, davamlı olaraq bir insanın yaxud insanların yanında olmaq, yəni "mikro qəhrəmanlıq"... Yəni heç bir təşəkkür davası etmədən, daxili bir vəfa ilə dəryada bir damla misalı olmuş olsan belə...
Qəlbən mənə təsir edən Quran qissələrindəndir, Musa əleyhissalamın dənizlə qarşılaşması. Arxada ən tiran hökmdar Firon ordusu ilə, qarşıda ucsuz-bucaqsız dəniz. Sənə sual dolu gözlərlə baxan, inanan insanlar. Çıxış yolunu əsla bilmirsən. Və dilindən bir zikr səmalara yüksəlir "Kəllə, innə məa Rəbbi səyəhdin". Şübhəsiz ki, Rəbbim mənimlədir. O, mənə yol göstərəcək." Şuəra/62. Tək əmin olduğun budur, Rəbbinin səni tərk etməyəcəyi. Qalan heç nə önəmli deyil. Və Musa (ə.s) Rəbbinin köməyinə nail oldu. Yalnız ÖZÜNƏ güvənən, tək əmin olduğu ÖZ GÜCÜ, qüvvəti olan Firon isə sulara qərq oldu... #muslimahteacher