Günəş İbrahimova

Günəş İbrahimova
@Gunes_1501
9 okur puanı
Ekim 2024 tarihinde katıldı
Aləm hamısı xidmətindədir, ey Adəm övladı!Allah bir çiçəyi sadəcə sənin görüb və Ona təvəkkül etməyin üçün yaratdı. Kainatdakı o tək çiçək sadəcə sənin üçündür. Bu, həqiqətən də mükəmməldir! İndi isə bizi əhatə edən bütün maddi aləmi düşün: mavi səmanı, yaşıl örpəyə bürünmüş təbiəti, dalğalanan dənizləri, əzəmətli dağları və o dağlardan çağlayaraq axan şəlalələri...Bütün bunlar sənin üçündür. Sadəcə sənin! Bu səbəbdən qəlbini yoran hər nə varsa, bu cümlələri xatırla və Onu an. O, hər an səninlədir, səni görür və eşidir. Sən kiçik şeylər üçün yaradılmadın, sən bütün yaradılışdan üstünsən. Bir düşün, hər gün günəş sənin üçün doğur, gecə sənin üçün gəlir. Maddi cəhətdən bizdən qat-qat böyük olan günəş və ay hər gün sənə xidmət edir. Sənin üçün yağış yağır, fəsillər dəyişir, yer fırlanır və sənə adi görünən milyonlarla möcüzə baş verir.İndi bir daha düşün, səncə, sən dəyərsizsən? Hələ də Allahın səni unutduğunu düşünürsən? Xeyr, sən çox dəyərlisən! Elə dəyərlisən ki, Allah hüzün atəşi və çətinliklərlə ruhunu yoğurur, onu layiq olduğu ali məqama yüksəldir. Axı biz çox vaxt unuduruq: həkimin sağlamlığımız üçün yazdığı acı dərmanları, vurduğu ağır iynələri. Öncə çox ağrıdır, hətta insanı bezdirir. Lakin sonra bədənimiz təsəvvür belə edə bilmədiyimiz bir rahatlığa qovuşur.
Nə gözəldir insanın Yaradanı müqabilində yersiz təkəbbür libasını çıxarıb, öz mütləq acizliyini etiraf etməyi bacarması... Bir Allah dostu hər gecə varlığın ən gizli qatlarından ucaldırdı bu səmimi fəryadı səmaya: "İlahi, Sənə olan təvəkkülümün, ən xalis dualarımın, hətta günahlardan qaçıb sığındığım tövbələrimin belə yenidən bir tövbəyə ehtiyacı var. Mənim hər əməlim qüsurludur, lakin mən Sənin bənzərsiz, hüdudsuz lütfünə, rəhmətinə ümidvaram". Nə qədər müqəddəs bir etirafdır...
Nədənsə hər şeyin hay-küylü, reklam olunan variantına öyrəşmişik bir az... Kiməsə dəyər verməyin də mütləq gözəbatan və gurultulu olması lazımdır, elə bilirik. (aha, gözəldir, amma hər zaman səmimi deyil, bəzən də uyğun deyil, bu versiya)... Amma bəlkə də ən əfsəli heç kimin xəbəri olmadığı o sakitlikdədir..Həm də sağlam xarakter formalaşdırır, məncə, bu duruş. Heç bir tərif ummadan, görünmədən ,heç bir minnət qoymadan, davamlı olaraq bir insanın yaxud insanların yanında olmaq, yəni "mikro qəhrəmanlıq"... Yəni heç bir təşəkkür davası etmədən, daxili bir vəfa ilə dəryada bir damla misalı olmuş olsan belə...
"Balaca şahzadə "dən (bütün nəşrlərdə olmayan...)
Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda, lazım olan yerdə danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim. Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin. Bilirəm ki, heç nə eləməyəndə belə, zamanla bir çox problemlər həllini tapır, ona görə mənə səbrli olmağı öyrət. Elə elə ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin. Həyatda nəyinsə gözümdən qaçmağına mane ol. Mən səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver. Mənə kiçik addımalrın sirini öyrət, İlahi!
Müsəlman dünyagörüşündə qadın-kişi dixotomiyası heç vaxt olmayıb. Antik dövrdən XX əsrə qədər Avropada mənəvi maddi, dini-dünyəvi, metafizik-fiziki, hökumət-xalq, uca-alçaq oppozisiyası kişi-qadın dixotomiyası və qarşıdurması üzərində qurulurdu. İslam dünyagörüşündə isə belə dualizm mövcud deyil. Qadın arxetipi olan Həvva kişi arxetipi sayılan Adəmin artıq qabırğası və ya asayişini əlindən alan kəs deyil. Qurani-Kərim insanın bir kişi və bir qadından yaradıldığını bəyan edir. Beləliklə də nə kişi ucalığı, nə də qadın alçaqlığı tərənnüm edir. Nəticə etibarilə müsəlman dünyagörüşündə dövlət, hüquq, əxlaq, mədəniyyət nə kişimərkəzlidir, nə də qadınmərkəzli.