Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda, lazım olan yerdə danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim.
Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin. Bilirəm ki, heç nə eləməyəndə belə, zamanla bir çox problemlər həllini tapır, ona görə mənə səbrli olmağı öyrət.
Elə elə ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin. Həyatda nəyinsə gözümdən qaçmağına mane ol. Mən səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver. Mənə kiçik addımalrın sirini öyrət, İlahi!