Amerikalı yazıçı və biznes-təlimçi Julyen Smiti dinləyək. Cənab Smit çoxillik araşdırmalardan sonra uğurlu və zəngin olmaq üçün 20 qayda müəyyənləşdirib:
1. Dünya sizi kütbeyin etməyə çalışır. Bank ödənişlərindən, faizlərdən tutmuş möcüzəvi pəhrizlərə qədər diqqət edin. Savadsız insanlardan pul qoparmaq daha asandır, elə onları idarə etmək də bir çətinlik törətmir. Mümkün qədər özünüzü inkişaf etdirməyə, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu, mütləqdir.
2. Tədris müəssisələrinə kor-koranə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümümiyyətlə, sıradan çıxır. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır.
3. Bacardığınız qədər, əlinizdən gələn qədər çox oxuyun. Sürətli mütaliə və yüksək səviyyədə qavrama və yaddasaxlama texnikasını mənimsəyin. Siz istəsəniz, çox rahatlıqla bir kitabı bir həftəyə oxuya bilərsiniz.
4. Həmişə hamı ilə ünsiyyət qurmağa çalışın. Ünsiyyət ustasına çevrilin. İnsanlarda sizin xoşunuza gələcək müsbət bir xüsusiyyət tapmağa çalışın. Sonra isə insanın məhz bu tərəfinə istinad edərək ona müraciət edin.
5. Utancaqlığa vaxt itirməyin. Utancaqlıq sizin emosiyalarınızın qərar qəbuletmə prosesinə hakim kəsiləcəyinə olan inamdır, amma əslində, gerçəklik tamamilə buba ziddir.
6. Əgər sizi kiminləsə münasibət zamanı nəsə olduqca pis təəccübləndirirsə, onda çox güman ki, siz bu hissdən yalnız münasibətlərin qıırlması ilə qurtula biləcəksiniz.
7. Mümkün qədər daha çox sizdən böyük insanlarla ünsiyyət qurmağa çalışın. Yaşlılarla olan söhbətin dəyəri ondadır ki, sizinlə yaşıd olanların qərar qəbuletmə sistemi sizə o qədər də kömək edə bilməyəcək. Yaşlılar isə sizin hələ öyrənəcəyiniz çox