Gunel Valicanli

Gunel Valicanli
@Gvalicanli
Yüksek Lisans Ekonomi
Baku
Azərbaycan, Baku
32 okur puanı
Ocak 2023 tarihinde katıldı

Gunel Valicanli

, bir kitap okudu
Puan vermedi·112 syf.·
25 saatte okudu
·
2025 6. kitabı
Xəzər Süleymanlı
8.2/10 · 20 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Məni gözəl xatırla! Çünki sevdim səni, hər şeyini… M.Müşfiq
Sayfa 34·Kitabı okudu
Şiir
Mən səni unuda bilmirəm axı
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı Uçdun əllərimdə lələyin qaldı Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək! Nüsrət Kəsəmənli
Şiir