Gunel Valicanli

Gunel Valicanli
@Gvalicanli
Yüksek Lisans Ekonomi
Baku
Azərbaycan, Baku
32 okur puanı
Ocak 2023 tarihinde katıldı
Mən səni unuda bilmirəm axı
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı Uçdun əllərimdə lələyin qaldı Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək! Nüsrət Kəsəmənli
Şiir
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Nüsrət Kəsəmənli - Mən sənə sevməyi necə öyrədim?
Dəli bir şimşək ol, gözlərimdə çax, Kədərini unut sevincindən bax, Məndən istədiyin diləyə bir bax Mən sənə sevməyi necə öyrədim?! Könlümü üşüdən külək deyilsən, Mənə mənim qədər uzaq deyilsən, Sən körpə deyilsən, uşaq deyilsən, Mən sənə sevməyi necə öyrədim?! Sınıq təbəssümün gülüş deyil ki, Bu görüş mən deyən görüş deyil ki, Məhəbbət bir sığal, öpüş deyil ki, Mən sənə sevməyi necə öyrədim?! Dinmirsən, sevgini dilindən tutum, Saçını oxşayım, belindən tutum, Yazı yazmırsan ki əlindən tutum, Mən sənə sevməyi necə öyrədim?! Baxışlar sevinib, göz gülməyibsə, Ürəyin bir hicran, qəm bilməyibsə, Dünyaya sənınlə bir gəlməyibsə, Mən sənə sevməyi necə öyrədim?! Bu gizli sevdada hekayət nədir? Kədərə bükülü səadət nədir? Heç özüm bilmirəm məhəbbət nədir, Mən sənə sevməyi necə öyrədim?!..
Şiir
“Ne kavuşabildim ne de unutabildim. İçimde eskimeyecek en güzel hatırasın…”
1000Kitap
Sen ne düşünürsen, gerçekliğin öyle olur…
1000Kitap
Bəxtiyar Vahabzadə
BİR SALAMA DƏYMƏDİ Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun? Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi? Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım; ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!... Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan?
Şiir