Səni qışqıra-qışqıra ələ salarkən, “çarmıxdan düş, sənə inanaq” deyə sənə sataşarkən çarmıxdan enmədin, çünki möcüzə deyil, azad inam istəyirdin. Sən kölənin onu əbədi qorxudacaq güc qarşısındakı müti heyranlığının yox, azad məhəbbətinin həsrətindəydin. Ancaq burada da insanlara çox dəyər verdin, zira...