Belinski demişdir ki, rus ədəbiyyatında psixoloji janrın əsasını qoyan Dostoyevski və Tolstoy Lermontov yaradıcılığından bəhrələnmişlər. Bunu Dostoyevskinin əsərlərindəki Lermonontov şeirləri də sübut edir. Həmçinin əsəri oxuyarkən xarakterlərin psixologiyasını ifadə edəən yazıçının təsir gücünü inkar etmək olmaz. Əsəri bitirdikdən sonra yazıçının başqa romanı olmamasına çox təəssüfləndim...
Əsərin baş qəhrəmanı vecsiz, heç nəyə əhəmiyyət verməyən Peçorindir. O, hərbiçidir, və xidmətini Qafqaz dağlarında yerinə yetirir burada bir çox insanlarla tanış olur istər sevgi, istər dostluq, istərsə də düşman münasibətlər qurur. Ancaq bunların heç biri onun üçün əhəmiyyətli deyir. O, insanları sevməməyi öyrənib, əsərdə də qeyd olunur, " Mən bütün aləmi sevməyə hazır idim,- kimsə məni anlamadı: ona görə mən də hamını sevməməyi öyrəndim" Ancaq yenə də onun əsl sevgisi olan Veranı çox sevir, çünki o, bu dünyada Peçorini başa düşəcək yeganə insandı. O bağlılıq istəmir, yalnızca sevgi istəyir... Mən Peçorini müsbət qəhrəman kimi qiymətləndirirəm (daha fərqli düşünənlər ola bilər) ona görə ki, o vicdanlıdır. Ona yalan satan dostunun bundan vazgeçəcəyini görsə onu bağışlamağa hazırdır. O insanlara bağlanıb onları incitməkdənsə onlardan uzaq durur. Ancaq görəsən hansı çətindir?
Peçorin həyatı öz qanunları ilə yaşayır. Heç kimi aldatmır. Elə bu səbəbdən yazıçı ona "Zəmanəmizin Qəhramanı" deyib. Ancaq Peçorin həm də "Bütün zamanların qəhrəmanıdır”