...ömrü boyu neçə dəfə sınamışdı: son ümidin, son xahişin harayını tanrı hələ eşitməmişdi. Mahmuda hərdən elə gəlirdi ki, tanrının gözləri görür, ürəyi duyur, amma qulağı eşitmir. Çünki qulağı eşitsəydi, dünya milyon-milyon bəlalardan canını qurtarardı.
Gündəlik yazanlara hərdən paxıllığım tutur. Amma əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çünki heç bir şeyi insan həmişəlik unutmur, çünki hər xatirənin öz vədəsi var: vaxtı gələndə beynin bütün kilidli qapıları öz-özünə açılacaq. Amma gərək bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üstünə gələmdə, kilidli qapılardan biri açılıb, boğazından içinə qaynar qurğuşun töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir.
Vay o günə ki güllə səni tapa.
Son nəfəsinə kimi ürəyində gəzdirəcəksən...