✍🏻Vahid Əziz
NEYNƏYƏCƏKSƏN?
Hələ ki, rüzgarsan sevgimdən bezən,
Tale yetirəndə, neynəyəcəksən?
Hələ ki,yanından kənar edirsən,
Qalsam xatirəndə, neynəyəcəksən?
Bilirdin səninəm - gəldin, götürdün,
Solurdum - göyərtdin, biçdin, bitirdin,
İncitdin, kövrəltdin, tapıb-itirdin;
Tamam itirəndə neynəyəcəksən?
Daha nə limanın, nə sahilinəm,
Nə odlu közünəm,nə də külünəm,
Dəli təkəbbürün səninlə hərdən,
Yola getməyəndə neynəyəcəksən?
Hələ də bilmirəm-niyə sevirəm,
Bəlkə dəliyəm ki, əl çəkəmmirəm?
Tutaq, mən yetmədim kama, cəhənnəm!,
Özün yetməyəndə neynəyəcəksən?
Nə fərqi, nə sanıb ram oldum sənə?
Hələ ki, saçların yatmır sinəmə,
Alovlu, çovğunlu bu "Cəhənnəmə"
Pənah gətirəndə neynəyəcəksən?...