Rəhimə Hüseynova

Rəhimə Hüseynova
@HR01
~•Mutluluk için yarın yoktur, dün de yoktur, mutluluk geçmişi hatırlamaz, geleceği düşünmez, mutluluğun anı vardır - o da bir gün değil, bir andır.•~ ~Turgenev -Asya
Work:ADPU (Teacher) Psychologist
Bakalavr:ADPU-TSPX. Master:GDU-Uşaq və yaş psixologiyası
Şəki
Azərbaycan, 3 Mart
13 okur puanı
Ağustos 2023 tarihinde katıldı
✍🏻✨Vahid Əziz✨ O gecikmiş çiçəkləri gətirmə, Sənə qalsın darıxanda öpərsən Bir sözünlə elə dəydin qəlbimə Elə dəydin birdə çətin görərsən
Şiir
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
✍🏻Vahid Əziz NEYNƏYƏCƏKSƏN? Hələ ki, rüzgarsan sevgimdən bezən, Tale yetirəndə, neynəyəcəksən? Hələ ki,yanından kənar edirsən, Qalsam xatirəndə, neynəyəcəksən? Bilirdin səninəm - gəldin, götürdün, Solurdum - göyərtdin, biçdin, bitirdin, İncitdin, kövrəltdin, tapıb-itirdin; Tamam itirəndə neynəyəcəksən? Daha nə limanın, nə sahilinəm, Nə odlu közünəm,nə də külünəm, Dəli təkəbbürün səninlə hərdən, Yola getməyəndə neynəyəcəksən? Hələ də bilmirəm-niyə sevirəm, Bəlkə dəliyəm ki, əl çəkəmmirəm? Tutaq, mən yetmədim kama, cəhənnəm!, Özün yetməyəndə neynəyəcəksən? Nə fərqi, nə sanıb ram oldum sənə? Hələ ki, saçların yatmır sinəmə, Alovlu, çovğunlu bu "Cəhənnəmə" Pənah gətirəndə neynəyəcəksən?...
Şiir
"Məni başa düşmürlər, mən də onlara başa düşməyəcəkləri şeylərdən danışmıram" ✍🏻Cəlil Məmmədquluzadə
Düşünce
Duyğularımızı ifadə etmək, münasibətləri gücləndirən ən əsas ünsiyyət bacarıqlarından biridir. Lakin bəzi insanlar, qarşı tərəfin duyğu paylaşımını “problem yaratmaq”, “mövzunu böyütmək” və ya “həddini aşmaq” kimi şərh edə bilər. Bu vəziyyət xüsusilə həssas və kövrək anlarda insanın özünü tək, anlaşılmamış və günahkar hiss etməsinə səbəb olur. Oysa, duyğularını dilə gətirmək münaqişə başlatmaq deyil, münasibətdə emosional görünürlük yaratmaqdır. Sağlam ünsiyyətin davam etməsi üçün hər fərdin özünü ifadə edə bilməsi vacibdir. Belə bir vəziyyətdə aşağıdakıları xatırlamaq önəmlidir: Duyğularını ifadə etmək bir haqq və ehtiyacdır. Paylaşmaq problem yaratmaz; əksinə, həllin qapısını açar. Qarşı tərəfin müdafiəyə keçməsi, dediklərinin doğruluğunu dəyişdirmir. Bu, sadəcə onun başa çıxma mexanizmi ola bilər. Duyğuları basdırmaq, münasibəti qorumur. Basdırılmış hər his zamanla uzaqlaşmaya və ünsiyyətin pozulmasına gətirib çıxarır. “Problem yaradırsan” ittihamı çox vaxt qaçınma davranışıdır. Şəxs emosional məsuliyyətdən yayınmaq istəyə bilər. Sağlam münasibətdə duyğular danışılır, ittiham deyil, həll yolu axtarılır. Unutmaq olmaz ki: Münasibətdə duyğu paylaşımını “yükdür” kimi təqdim edən ünsiyyət dili zamanla həm etibarı, həm də bağı zədələyir. Çünki insanlar yalnız anlaşıldıqlarında və emosional sahələri qəbul olunduqda özlərini təhlükəsiz hiss edirlər. Duyğunu ifadə etmək cəsarətdir. Qarşı tərəf bundan narahatdırsa, problem duyğu ifadəsində deyil, duyğunu daşıya bilməyən ünsiyyət tərzindədir.
Düşünce
"İçine sefer etmeyen, dünyayı dolaşsa ne? Kendini görmeyen,âlemi görse ne? Gören de o, gösteren de o... Sen görmeyi gözden mi sandın?" ✍🏻Rumi