Adımı qəlbindən ata bilərsən,
Uzaq arzulara çata bilərsən,
Məndən gözəlini tapa bilərsən,
Mənim tək sevənin olmayacaqdır.
Ömrünə bir sevgi gələr, bilirəm,
Səninlə ağlayıb gülər, bilirəm,
Kimsə sevincini bölər, bilirəm,
Dərdindən ölənin olmayacaqdır.
✍🏻Nüsrət Kəsəmənli✨