Hər gün 4,5 saata yaxın buralarda gəzişir və ya sakitcə oturub izləyirəm,arada düşünürəm ki mən çox anlam yükləyirəm ama yox.Dənizin yanında vaxt başqa cür keçir sanki.
İnsan heç nə düşünmədiyini sanır, amma içində yığılan bütün yorğunluq yavaş-yavaş suya qarışır.
Mən həmişə dənizi sevmişəm, çünki o, insana danışmadan da yaxşı gəlməyi bacarır.
Gecənin o tünd maviliyində uzaqdan görünən işıqlar, suyun sakitliyi, küləyin səsi… hamısı birlikdə adamın içini yüngülləşdirir.
Orada olanda həyat bir anlıq dayanır kimi olur, nəfəs almaq belə asanlaşır.
Bəlkə də buna görə hər dəfə dənizin kənarında özümü daha çox “mən” kimi hiss edirəm.
İnsan bəzən ən çox yaxşılaşdığı yerləri seçmir, sadəcə ruhu ora çəkilir.
Mən dənizi ona görə çox sevirəm ki, o mənə hər dəfə içimdə itirdiyim sakitliyi geri verir.
Və bəlkə də ən çox buna görə özümü ən çox orada tapıram.