Ahh nəhayətki bitti…
Başlanğıcda obrazlara və hadisələrə alışmaq bir az çətin ola bilər, amma müəyyən nöqtədən sonra hadisələr çox axıcı şəkildə davam edir və insanı özünə çəkir. Oxuyarkən bəzi məqamlarda xüsusilə Heathcliff obrazına qarşı qarışıq hisslər yaşadım – həm acıdım, həm də etdiyi seçimlərə görə qəzəbləndim.
Kitab əslində təkcə sevgi hekayəsi deyil, daha çox kin, ehtiras və insanın içində daşıdığı qaranlıq hisslərin təsviridir. Bir insanın içindəki nifrətin illərlə necə böyüyə və həyatını yönləndirə bildiyini çox təsirli şəkildə göstərir. Eyni zamanda, qarşılıqsız və ya yarım qalan bir sevginin insan taleyini necə dəyişdirdiyini oxuyarkən istər-istəməz “əgər fərqli qərarlar versəydilər nə olardı?” deyə düşünürsən.
Kitabın atmosferi bir az ağır və qaranlıq olsa da, məhz bu onu fərqli və yadda qalan edir.
Ümumilikdə, oxuduqdan sonra insanda bir boşluq və qəribə bir kədər hissi qalır. Mənim üçün təsirli və düşündürücü bir əsər oldu. Psixoloji dərinliyi olan hekayələri sevənlər üçün mütləq oxunmalı kitabdır.