💎Bir ana ilə qızı ya bir-birini yaxşı tanıyırlar, yada bir-birilə tamamilə yaddırlar.
Biz burda bir-birmizi yaxşı tanıyanlardanıq.
Bu movzuya oqədər həssasam ki, kitabı ilin əvvəlində oxumaqcun ayırmışdım. Amma həssas oldugum mövzuya o qədər zərif, sadə dillə toxunublar ki, uzun müddət ərzində oxuyub bir müddət həm sarsılıb, həm anama daha da yaxınlaşıb həmdə çox üzülürdüm.
Kitabda gizli alzaymer xəstəliyi keçirən fədakar anadan, onu laqeyd olan övladlardan və həyat yoldaşından bəhs olunur. Gündəlik dialoqlar o qədər gözəl yazılıb ki, bəzən özünüzü tapa bilərsiz.
Önəmsəməzliyin sonunu isə özünüz oxuyub öyrənsəz daha maraqlı olar.
Ən əsası valideynlərimizin qədrin zamanın da bilək. Onların qəlbin bilmədən qırmayaq. Allah haqq dünyasına qovuşanlara isə rəhmət etsin, ailəsinə səbr versin.
Xoş mütaliələr....
Məktəbin ödənişinin vaxtı çatanda ananın yeganə zinət əşyası olan orta barmağındakı üzük yoxa çıxdı. Geriyə yalnız illərdir taxdığı üzüyün yeri qaldı...