《Üç dil bir-birinə qarışmışdı: rus, alman və güllə dili 》
Bu cümlənin təsirindən oxuduğum müddətdə çıxa bilmədim.
İnsan bəzən öz içində savaş etsə də, sevdikləri, körpələrin ümumiyyətlə bütün canlıların qarşılğında baş verən real torpaq davaları, siyasi münasibətlər insanı psixoloji olaraq o qədər tükədib yipradır ki.. Əsəri oxuduqca ilk onu deyim ki, 1939-1945 illərdə (İkinci Dünya Müharibəsi) sanki yaşadım. Almaniyanın dünyaya, ən əsası yəhudilərə qarşı müharibəsi sadəcə tükürpədicidi. Oxuduqca A.Hitlerə olan nifrətim sonsuz oldu. Onun insanları irqinə, dininə görə ayırması öz ruhu tərəfindən o qədər qəbul edilməz olur ki, sonunda intihara sürükləyir.
Kitaba gəldikdə isə o qədər dolu-dolu, cümlələrə sığmayan , doğma olmasa da ögəyliyi zərrədə hiss olunmayan ata-qız (Hans-Lizel) sevgisindən dialoqlar, Acıdil olsada geniş ürəkli ögey ana (Roza), Ən böyük günahi Yəhudi olmaq olsa da Lizelə kitabları sevdirən ən yaxın dostu insan ruhunda Maks...
Lizelin kitablara olan aclığı, onu oğurluğa sövq etməsi isə oğurluğun ən gözəl cinayətsiz növü idi. (Kaski butun ogurluqlar kitab ogurluqu qədər məsum olsa) Gözləri önündə ölən qardaşına, onu buraxib gedən anasına sevgisi, müharibə şəraitində insanları kitabla sakitləşdirməsi, hər şəraitindən ən əyləncəli şəkildə istifadə etməsi, dostluq hissinin, insanlıq duyğusunun ən gözəl nümunəsi edir onu.
Sonda isə Lizelin kitabı sayəsində sağ qalması, sevdikləri ilə vidalaşma dialoqu cümlələrə sığmayacaq qədər kədərlidi... Kitab mənə dostluq hissinin, ailənin gözəlliyini ( ögeydə olsa, imkansızda olsa), dustaq birinin havanı, buludu təsvir etməsindəki dərin mənanı, zirzəmidə olsan belə yaşamaq uğrunda mübarizənin gözəlliyini oradaki həyatı belə rəngləmək mümkün olduğunu, ən əsası tarixin əsasını öyrətdi.Tək peşmanlığım odu ki bugünə