Uzun zamandır oxuduğum kitablar haqqında heç nə yazmıram. Bu o kitablardandır ki, hər bir işimi kənara qoyub əlimə qələmi aldırdı. Hər kəsin həyatında dönüm nöqtələri olur. “Yaxşı ki, o gün bu qərarı vermişəm”, “Kaş bu yolu seçməsəydim”, “Yaxşı ki o insanı tanımışam“, “Kaş başqa bir həyatda hər şeyi fərqli edə bilsəydim” dediyi anlar. Sonsuz ehtimalların var olduğu dünyada yaşayırıq. Lakin keçmişə qayıdıb verdiyimiz hansısa qərarı dəyişmək imkanımız yoxdur. Bəs olsaydı necə? Hansı ana qayıdıb hansı həyatı seçərdin?
Həyat qayğılarının gətirdiyi yorğunluq, hər şey olmağa çalışarkən heç nə ola bilməmək, aid hiss etməmək, həyatı yaşamaq yerinə tükətmək Noranı ölümlə üz-üzə qoyur. İntihara cəhd etdiyi anda “Gecə yarısı kitabxanasına” düşür. Belə ki, bu kitabxana ona keçmişə qayıtmaq və fərqli qərarlar versəydi yaşayacağı həyatları seçmək şansı verir. Nora kiçik bir qırılma yaşadığı anda həmən həyat bitəcək və olduğu yerə geri qayıdacaq. Bir-birindən fərqli həyatlar seçir və yaşayır. Lakin heç birində arzuladığı insan ola bilmədiyini görür, hər həyatda nə isə əskikdir. Mükəmmələ yaxın bir həyat tapır, orada qalmaq istəsə də sonradan başa düşür ki, o həyat da ona aid deyil. “Xoşbəxtliyin seçdiyimiz həyatın mükəmməlliyində deyil, o həyatın içindəki çətinlikləri qucaqlaya bilməkdə” olduğunu başa düşür.
Mən həmişə fikirləşmişəm ki, hər kitabın oxunmalı olduğu zaman var. Bu kitab bir ildən çoxdur kitab rəfimdə olmasına baxmayaraq, 10 gün əvvəl oxumağa başladım. Mən onu seçdim, ya o məni, bilmirəm. Amma mütləq bir həqiqət var ki, Noradan fərqli olaraq keçmişə qayıtmaq və verdiyim qərarları dəyişmək kimi bir istəyim yoxdur. Lakin elə bax indi, məhz bugünlərdə “Etdiyim seçim məni xoşbəxt edəcək, ya yox? Getdiyim yolda peşman olacam, ya yox?” bilmək istəyərdim. Sonra isə