Ayşə Həsənova

Ayşə Həsənova
@Hasanova_a
Ne kadar uzaklaşmak istesem de kendimden başka hiç bir yere kaçamıyorum.
Kök saldı, budaqlandı, çiçək açdı, açdırdı..
9/10
·344 syf.··
2026 11. kitabı
·
28 saatte okudu
·
Okunma: 24 Nisan 2026 21:38
Bir insan, bir qadın nə qədər güclü ola bilər deyə düşünəndə ağlıma saysız ehtimal gəlir. Lakin həm güclü olub, həm də bu qədər çətinliyə rəğmən heç durmadan irəliləyə bilmək, olmaq istədiyin insan olana kimi hər kəsi — ailəni, qohumlarını, tanımadığın insanları qarşına alacaq iradəyə sahib olmaq ağılasığmazdır. Kiçik bir qızın çiyinlərinin qaldıracağı ən ağır yük məktəbli çantası olmalı olduğu halda, Varis 13 yaşında o yorğun, bükülmüş çiyinlərinə dünyanı almışdı. Ayaqqabısız, cılız ayaqları ilə millərlə yol getmişdi — dəyişmək uğrunda, xəyal etdiyi qadın olmaq uğrunda… O, yalnızlığı iliklərinə qədər hiss edir, özü-özünü qucaqlayır; ümid etməyin nə olduğunu bilmədiyi halda ümid edir, çalışır, illərlə çalışır... Həyat hekayəsi belə başlayır: 12 uşaqlı bir ailədə, səhrada dünyaya göz açır. 5 yaşında, bir çox afrikalı qız uşağı kimi, qadın sünnətinə məruz qalır. Bu cümləni yazarkən, düşünərkən belə neçə hissi eyni anda keçirirəm; beş yaşındakı uşağın heç nəyi bilmədən, boş inanclar uğrunda buna məruz qalıb o acını çəkdiyi anı təsəvvür edə bilmirəm. Varis 13 yaşında atası tərəfindən beş dəvə qarşılığında yaşlı bir kişi ilə evlənməyə məcbur edilir. Bəlkə də həmin gün qaçmasaydı, özünü deyil də səhrada qoyub getməyə qıymadığı anasını seçsəydi, mən bu gün bunları yaza bilməyəcəkdim. O, yol bilmədən getməyi seçir. Hara getdiyinin bir mənası yoxdur, əsas odur ki, gedir. Bu yol çox uzun və ağrılı çəkir, lakin bacarır. Doğulduğu ailəyə, ölkəyə rəğmən bacarır. Bəzilərinin doğulduğu andan sahib olduğu hüquqlara Varis əlləriylə qazaraq sahib olur. İllər keçir, o kiçik qız uşağı dünyaca məşhur model, güclü qadın olub neçə-neçə afrikalı uşağa işıq olur... O, bunu etməyə də bilərdi, sakit axan həyatını yaşaya da bilərdi. Lakin o quraq torpaqda açan səhra çiçəyi kimi açaraq möcüzəyə
Edebiyat
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,8bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Mükəmməl ənciri axtararkən bütün əncirlərin çürüməsi kimi..
10/10
·296 syf.··
2026 3. kitabı
·
11 günde okudu
·
Okunma: 28 Şubat 2026 00:00
Uzun zamandır oxuduğum kitablar haqqında heç nə yazmıram. Bu o kitablardandır ki, hər bir işimi kənara qoyub əlimə qələmi aldırdı. Hər kəsin həyatında dönüm nöqtələri olur. “Yaxşı ki, o gün bu qərarı vermişəm”, “Kaş bu yolu seçməsəydim”, “Yaxşı ki o insanı tanımışam“, “Kaş başqa bir həyatda hər şeyi fərqli edə bilsəydim” dediyi anlar. Sonsuz ehtimalların var olduğu dünyada yaşayırıq. Lakin keçmişə qayıdıb verdiyimiz hansısa qərarı dəyişmək imkanımız yoxdur. Bəs olsaydı necə? Hansı ana qayıdıb hansı həyatı seçərdin? Həyat qayğılarının gətirdiyi yorğunluq, hər şey olmağa çalışarkən heç nə ola bilməmək, aid hiss etməmək, həyatı yaşamaq yerinə tükətmək Noranı ölümlə üz-üzə qoyur. İntihara cəhd etdiyi anda “Gecə yarısı kitabxanasına” düşür. Belə ki, bu kitabxana ona keçmişə qayıtmaq və fərqli qərarlar versəydi yaşayacağı həyatları seçmək şansı verir. Nora kiçik bir qırılma yaşadığı anda həmən həyat bitəcək və olduğu yerə geri qayıdacaq. Bir-birindən fərqli həyatlar seçir və yaşayır. Lakin heç birində arzuladığı insan ola bilmədiyini görür, hər həyatda nə isə əskikdir. Mükəmmələ yaxın bir həyat tapır, orada qalmaq istəsə də sonradan başa düşür ki, o həyat da ona aid deyil. “Xoşbəxtliyin seçdiyimiz həyatın mükəmməlliyində deyil, o həyatın içindəki çətinlikləri qucaqlaya bilməkdə” olduğunu başa düşür. Mən həmişə fikirləşmişəm ki, hər kitabın oxunmalı olduğu zaman var. Bu kitab bir ildən çoxdur kitab rəfimdə olmasına baxmayaraq, 10 gün əvvəl oxumağa başladım. Mən onu seçdim, ya o məni, bilmirəm. Amma mütləq bir həqiqət var ki, Noradan fərqli olaraq keçmişə qayıtmaq və verdiyim qərarları dəyişmək kimi bir istəyim yoxdur. Lakin elə bax indi, məhz bugünlərdə “Etdiyim seçim məni xoşbəxt edəcək, ya yox? Getdiyim yolda peşman olacam, ya yox?” bilmək istəyərdim. Sonra isə
Edebiyat
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,7bin okunma
~Bəlkə də canavar bizik.
10/10
·261 syf.··
Beğendi
·
2025 10. kitabı
·
12 günde okudu
·
Okunma: 09 Haziran 2025 00:00
İnsan yaxşı biri olaraq doğulur, yoxsa necə biri olacağını özü seçir? Əgər desəm ki, yaxşı olaraq doğuluruq 6 yaşında bir uşağın özüylə yaşıd birini döyməsinə, təbəqələşmə yaradıb əmrlər verməsinə heç bir izah verə bilməyəcəm. Desəm ki, özü pis biri olmağı seçir, o yaşlarda yaxşı ilə pisi fərqləndirməyi bacarırmı? Məni saatlarla düşündürən, “Hər kəs hər zaman haqlıdı.”- dediyim kitablardan biri oldu. William Golding yazdığı bu romanda insan ruhunun vəhşiliyini, həyatda qalmaq uğrunda nələr edə biləcəyini sərt şəkildə yansıdır. Belə ki, atom bombasından qorunmaq üçün qaçırılan bir qrup məktəbli uşağın təyyarəsi qəza edib adaya düşür. Ada əvvəlcə onlara bir cənnət kimi görünür: böyüklər yoxdur, qaydalar yoxdur, istədiklərini edə bilərlər. Amma zaman keçdikcə uşaqlar arasında güc mübarizəsi başlayır və sivilizasiyanın yoxluğu, onların içindəki vəhşiliyi üzə çıxarır. Qruplaşmalar yaranır, münaqişələr şiddətlənir və nəticədə insanın içindəki qaranlıq üzə çıxır. Lider olmaq, hökm etmək, öz qaydalarını diktə etmək istəyi hekayənin sonunda onları təmiz bir ruha sahib uşaqdan - günahkar insana çevirir. Kiitab niyə “Sineklerin tanrısı” adlandırılıb? Simon meşədə gəzərkən digərləri tərəfindən tərəfindən öldürülmüş donuz başını və onun milçəklərlə örtüldüyünü görür. Onu “Sineklerin tanrısı” adlandırır. Bu - Bibliyada (xristian mətnlərində) “Beelzebub” adlanan şeytani varlıq, cəhənnəm tanrılarından biridir. Onların içindəki qorxunu, xaosu təmsil edir. Təkcə Simon anlayır ki: “Qorxub axtardıqları canavar, yaxşı və pis onların içindədir.” Xoş mütaliələr.
Edebiyat
Sineklerin TanrısıWilliam Golding · Türkiye İş Bankası Kültür Yayınları · 202597,5bin okunma
Nedense her başlangıçta bir acı vardır..
10/10
·258 syf.··
2025 1. kitabı
·
10 günde okudu
·
Okunma: 17 Ocak 2025 00:00
Yaşamı, varoluşu ve hayatın anlamını çoğu zaman insan üzerinden değerlendiriyoruz. Peki, bunları bir kurdun gözünden okuyup, okudukça onun yaşadıklarını hissetmeye çalışsak nasıl olurdu? Jack London, yine hayatta kalma mücadelesini kendine has yazı üslubuyla kaleme almış. Beyaz diş daha dünyaya göz açtığı ilk andan dışarıdakı hayata, doğaya merak duyuyor. Ve hayat onu daha büyümeden zorluklarla mücadeleye itiyor. Beyaz Diş, yalnızlığa, soğuğa ve acı çekmeye farkında olmadan alışıyor. Kendisine bir parça eti bile karşılıksız vermeyen insanlara sadık kalıyor. Her geçen gün öğreniyor Beyaz diş: “Güvenmemeyi, sevgisizliği, her kesden çok sevdiği annesinin bile kalıcı olmadığını…” Nedense en dibe vurduğunda, hevesin, umudun, gücün kalmadığında hayat karşına kurtarıcını çıkarıyor. O, sana başka bir dünyanın var olduğuna inandırıyor, elleriyle okşayıp kollarıyla sarıyor ve hiç gitmeyecekmiş gibi seviyor. Beyaz Diş şanslıydı, çünkü onun Weedon Scott’u vardı. Peki ya biz ? “Güzel günler gelir Ben görür müyüm, bilemem.”
Edebiyat
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202095,8bin okunma
Bir soyuq baxış, ya da hiss. Sən mənsiz, mən sənsiz…
Puan vermedi·224 syf.··
2024 40. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Mayıs 2024 00:54
İnsanlardan geriyə nə qalır? Bir soyuq baxış? Bir acı söz? Gözyaşı dolu xatirələr? Xoş sözlər? Uzun illər keçsə belə əbədiliyini qoruyub saxlayacaq özəl anlar? Bəlkə də, illər keçdikcə sadəcə onu tanıdığımız ay qalır. Həyatımıza gəldiyi, gəlişi ilə çiçəklər açdırdığı ayı o gedəndən sonra üşüyərək xatırlayırıq. Üşüyən duyğularımız, qırılan qəlbimiz olur… “Səndən qalan noyabr” Dilşad Talıbovanın oxuduğum ilk kitabı idi. Bir neçə il əvvəl adını görəndə diqqətimi çəkmişdi. Sonra sərgidə görəndə yenidən xatırladım və alıb oxumalıyam dedim. Əsər çox sadə dillə, axıcı üslubda yazılıb. Universitet tələbəsi olan Təhmasibin ailə həyatı qurub ayrılmış, bir övladı olan Nərmini sevməsiylə hadisələr cərəyan edir. Sevməsi? Məgər bu sevgi idi, yoxsa ailəsində axtarıb tapa bilmədiyi qayğını, isti ailə ocağını, xoş münasibəti sevgi sanmaq idi? Niyə valideynlər öz yaşaya bilmədikləri həyatın günahını, yükünü övladlarının çiyninə yükləyirlər… O həyat özlərinə aidmiş kimi davranıb daha neçə insanın gələcəyini dəyişirlər.. Nərmin isə öz xoşbəxtliyini qurban verməkdə əvəzsiz idi. Bu xaos dolu hekayənin içərisində Əli isə dostuna olan “sevgisi”, sadiqliyi, mərhəməti, həyata baxışı və davranışları ilə hamıdan seçilirdi. Gecikmək!- İnsan öz xoşbəxtliyinə gecikə bilərmi? Məncə insanlar öz xoşbəxtliyinə tələsir. Ani verilən qərarlar, düşünülmədən atılan addımlar, valideyn basqısı ilə qurulan həyatlar insan həyatı dərk edib “Mənim istədiyim yaşam bu idimi?” deyə düşündüyü yaşa gələndə dağılmağa məhkum olur. Biz həyatı yaşayıb bitirməyə tələsirik deyə xoş günlərə gecikirik! Xoş mütaliələr.
Edebiyat
Səndən Qalan NoyabrDilşad Talıbova · Qanun Nəşriyyat · 0154 okunma