Ayşə Həsənova

Ayşə Həsənova
@Hasanova_a
Ne kadar uzaklaşmak istesem de kendimden başka hiç bir yere kaçamıyorum.
Onun yeganə çarəsi olub-keçənləri unutmaqdı. İndi dözə bilmədiyi dərd və əzabları, güman ki, vaxt yüngülləşdirəcək. Vaxtın mərhəmətli şəfası hər şeyi unutduracaq ona, həyatın ağır yükünü yenidən çiyinlərinə götürə biləcək.
Sayfa 184·Kitabı okudu
Alıntı
Reklam
O, güman ki, heç vaxt ərini sevməmişdi. Stryova bəslədiyi duyğular isə – mən bunu məhəbbət hesab eləmişdim – bir çox qadınlarda olduğu kimi, ərinin qayğı və nəvazişini sevgi bilib, ona cavab vermək istəyindən doğurdu. Bu, elə bir hissdir ki, daşa da, ağaca da oyana bilər, necə ki, üzüm tənəyi, istənilən ağaca sarmaşıb qalxa bilir. Amma insan zəkası bu hissin gücünü çoxdan dərk etmişdir; təsadüfi deyil ki, qızı zorla onu istəyən adama ərə verirlər, həm də bu zaman qızı inandırırlar ki, sevgi öz-özünə gələcək.
Sayfa 147·Kitabı okudu
Alıntı
Heysiyyət, mənlik o zaman sevgiyə qarışır ki, sən, doğrudan da özünü daha çox sevəsən.
Sayfa 143·Kitabı okudu
Alıntı
Yemək ona görə, aclıq duyğusunu öldürən bir vasitə idi, olmayanda onsuz da keçinirdi.
Sayfa 102·Kitabı okudu
Məgər dünyanın qiymətli incisi olan gözəllik sahildə düşüb qalan bir daşdı ki, hər yoldan ötən götürsün? Gözəllik hər vaxt ələ düşməyən, görünməmiş bir ecazkarlıqdı, sənətkar onu dünyəvi xaos içindən, ruhi əzabları bahasına yaradır.
Sayfa 95·Kitabı okudu
Alıntı
Reklam