-Mən xoşbəxt adamam.
–Siz tamamilə xoşbəxt olmağa layiqsiniz – gülə-gülə dedim.
– Mən də o cür fikirləşmək istərdim. Amma heç özüm də bilmirəm ki, belə bir arvada – əsl, dosta, köməkçiyə, gözəl sevgiliyə, uşaqlarımın qayğıkeş anasına necə layiq görülmüşəm.
Adamlar var ki, doğulmalı olduqları yerdə deyil, tamam başqa bir yerdə dünyaya gəlirlər. Ancaq tale onları hansı diyara atsa da, heç görmədikləri o doğma yerin həsrətini həmişə çəkirlər.
Çox istəyirik ki, başqaları da qəlbimizdən keçənləri duya bilsin, amma onlar duya bilmir, başa düşə bilmirlər bizi, ona görə də həyat yollarında birgə yox, yan-yana, bir-birimizi tanımadan-bilmədən, hərə öz yoluyla addımlayır. Biz o adamlara oxşayırıq ki, əcnəbi ölkədə yaşayıb onun dilini çox pis bilirlər, nə qədər gözəl və mənalı danışmaq istəsələr də, danışıq kitabçasından öyrəndikləri adi sözləri deməyə məcburdurlar. Onların beynində saysız-hesabsız ideyalar olsa da, yalnız bunu deyə bilirlər: Günəş Şərqdən çıxır, Qərbdə batır.