Mən onun gözəlliyini yox,
qüsurlarını sevdim.
Mən onun gözlərini yox,
göz yaşlarını sevdim.
Mən onun onsuz gecələrini sevdim,
çünki səhər açılacağını və
onu yenidən görəcəyimi bilirdim.
Mən onunla bağlı xəyalları sevdim.
Mən,əslində,sadəcə sevdim.
Sadəcə deməyimə baxmayın,
sən demə,böyük qəbahət imiş sevmək.
Ölümünə sevmək...