Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?
Amma insan qəlbləri isti olsa da,
Mən yenə soyuq olan yerə qovuldum.
Mən onları səslədim, gözlədim və yenə səslədim,
Eşitdilər, amma anlaya bilmədilər…