Həsən Süleymanov

Həsən Süleymanov
@Hesen545
Sadə və olduqca Şərəfli.
Mən)
Təbriklər, Deyəsən Dəli oldum!) Kara KeşişKara Keşiş
Reklam
"Qılınc və qələm"dən sonra Nizamini daha tanımaq istədim və məncə Rəsulzadənin bu kitabı hər tərəfli izah edir.Düzü biraz bədiilik olmadığından və faktlara əsaslanan olduğundan çətin gəlir.Lakin Rəsulzadə çatdırmaq istədiyi kitabın adından bəlli edir ki,Nizami bir Azərbaycan şairidir və bir türkdür.Həmçinin bundan əlavə tanıdığınız lakin azərbaycanlı olduğunu bilmədiyiniz şəxslər.Nizaminin əsərlərinin xülasəsi izahları çatdırmaq istədikləri və geniş izahlar vardır.Çox xoş oldu və Ruslar haqqında bir ifadəsini qeyd edib bitirim. "Adamlıq gözləməz bir kimsə rusdan. Ki bənzər İnsana yalnız baxışdan" Azərbaycan Şairi NizamiAzərbaycan Şairi Nizami
Nizaminin qələmi yoxsa Fəxrəddinin qılıncı?
Ordubadiyə bir əhsən bu cür tarixi romanı çox anlamlı bəxş edə bilib bizə,Düzdür həcmi böyükdür lakin oxunaqlıdır.İçərisində Ərəb istilası və Atabəylər dövlətini, Məhsəti Gəncəvi obrazında Azərbaycan qadınını,Nizami Gəncəvi obrazında Dahi Şairimizi , Fəxrəddin obrazında Azərbaycanın mərd qəhrəman oğullarını tərənnüm edir.Nizaminin qələmimi yoxsa Fəxrəddininin qılıncımı? Məncə vəhdəti bildirir.Həmçinin Qızıl Arslanın səxavətli və uzaqgörən siyasəti aşılanır.Bir sözlə mükəmməl. Və Şairin sözüylə bitirim. "Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir."