Həsən Süleymanov

Həsən Süleymanov
@Hesen545
Sadə və olduqca Şərəfli.
Puan vermedi·178 syf.··
2017 6. kitabı
·
121 günde okudu
·
Okunma: 24 Aralık 2017 14:16
Milorad Paviç - Yuqoslaviya və Serbiya yazıçısı, şairi, postmodernizm və magik realizm nümayəndəsi, tərcüməçi və XVII—XIX əsr serb ədəbiyyatının tarixçisidir. Yazıçı hesab edir ki, həyatdan daha çox kitablarında sevgiylə qarşılaşıb. Milorad Paviç deyir ki, vətənimin ən az oxunan yazıçısıydım. 1984-cü ildə isə bir günün içində ən çox oxunan yazıçıya çevrildim. İlk romanımı lüğət, ikincini krossvord, üçüncünü klepsidra şəklində, dördüncünü isə tarot kartları üçün fal açma vəsaiti kimi yazdım. Həmin o dördüncü, tarot kartları üçün fal açma vəsaiti "İstanbulda son məhəbbət" (Last Love İn Constantinople) adlanır. "İstanbulda son məhəbbət" (falçılıq vəsaiti) romanında yazıçı Napoleon imperiyası dövrünə mənsub olan iki serb nəslinin taleyini qələmə alıb. Əsərdə qəhrəmanların mistik-faciəvi taleleri böyük arkanların mənalarına uyğunlaşdılaraq fala baxılır və bu prosesə oxucu cəlb olunur. Yəni oxucu özü də kartları və romanın fəsillərini açmalı, öz şəxsi taleyinə baxmalıdır. Romanın köməyi ilə oxucu gələcəyini qabaqcadan görə bilər. Bunun üçün kartları açmaq, romandakı hansı fəslə uyğun olduğunu müəyyənləşdirmək kifayətdir. Çünki hər fəsli kartlardan birinə həsr olunub. Roman 22 (0-21) fəsildən ibarətdir. Hər fəsil Taro kartları və ya Böyük Arkanların adını daşıyır. Kitab özü 7 hissədən ibarətdir; Yeddi birinci açarlar, Yeddi ikinci açarlar, Yeddi üçüncü açarlar. Romanın məzmunu kartların düzülüş sxeminə görə birləşir və Taronun köməyi ilə tale öncədən xəbər verilir. Kitabın sonundakı əlavədə Taro kartlarının necə oxunması barədə məlumat var. Eyni zamanda, Böyük sirrin açılması üçün hər bir açar haqqında ayrıca şərh verilib. Hər fəsildə nəql edilmiş hekayələr oxucunu hadisələri anlamağa çağırır. Diqqətimi çəkən məsələlərdən biri kişi dünyasında qadın talelərinin
İstanbul'da Son AşkMilorad Paviç · Agate Yayıncılık · 19943 okunma
Həsən Süleymanov
Əhsən kopy edəcəm yazını analiz üçün təşəkkürlər