𝙷𝙰𝚁𝙿𝙴𝚁 𝙻𝙴𝙴- 𝙱𝚞̈𝚕𝚋𝚞̈𝚕𝚞̈ 𝚘̈𝚕𝚍𝚞̈𝚛𝚖ə𝚔
Niyə bu vaxta qədər oxumamışam deyə düşündüyüm kitab.
Kitabda Amerikanın Meykomb mahalında baş verən hadisələrdən bəhs edilir.Zəncilərə qarşı irqçiliyin olması halbuki 1930cu illəri əhatə edir və günümüzə qədər aktualdır. Fikrimcə Attikus kimi Atanın və Cimlə Skout kimi qardaş-bacının hadisələrin mərkəzində olmağı və ən maraqlı tərəfi ümumi haqsızlıqlara Scoutun yəni uşağın dilindən eşitmək mövzuya qarşı olduqca maraq oyadır.Çünki uşaqların hadisəyə baxışı saf və təmiz olur.Və Məhkəmə zalında olan bu dialoq çox təsiredici oldu:
"𝘏ə𝘣𝘴 𝘰𝘭𝘶𝘯𝘮𝘢𝘲𝘥𝘢𝘯 𝘷ə 𝘺𝘢 𝘦𝘵𝘥𝘪𝘺𝘪𝘯𝘪𝘻𝘪 𝘦𝘵𝘪𝘳𝘢𝘧 𝘦𝘵𝘮ə𝘬𝘥ə𝘯 𝘲𝘰𝘳𝘹𝘶𝘳𝘴𝘶𝘯𝘶𝘻? 𝘟𝘦𝘺𝘳, 𝘦𝘵𝘮ə𝘥𝘪𝘬𝘭ə𝘳𝘪𝘮𝘪 𝘲ə𝘣𝘶𝘭 𝘦𝘵𝘮ə𝘬 𝘮ə𝘤𝘣𝘶𝘳𝘪𝘺𝘺ə𝘵𝘪𝘯𝘥ə𝘯."
Attikusun kitab boyu fərqli düşüncəsi ,pozitiv yanaşması,təvazökar davranışı uşaqlarına bir örnək olması göz qabağındadır bununla belə sonuncu səhifələrdəki fikri tamam aydınlaşdırır onu...
"-Gek,bu işi ört-basdır etsək,Cimin gələcək yolunu üzünə bağlamış olarıq.Hərdən mənə elə gəlir ki, pis atayam, ancaq mənim onlardan başqa heç kəsim yoxdur. Cim başqalarına nəzər salmadan əvvəl mənə baxır,çalışıram elə yaşayım ki,həmişə düz onun gözünün içinə baxa bilim..Belə qanunsuzluğa yol versəm,daha onun gözünün içinə sakit baxa bilmərəm,bu andan onu həmişəlik itirərəm.Onu və İtigözü itirmək istəmirəm, onlardan başqa heç kəsim yoxdur."
Tövsiyəmdir,oxuyun.