Biraz dedektif janrdan başqa janrlar da oxuyum məntiqi ilə başladım. Düzü, sevginin varlığına inanmıram deyə müəyyən hissələr uşaqca gəlirdi. Yenə də deyərdim ki, yazıçı o hissi oxucuya ötürməyi başarıb. Mənə sonluğu çox maraqlı idi ki, bu yerdən sonra məsələ necə düzələcək, amma heç gözləmədiyim sonluqla bitdi. Əslində elə bitməsi bir tərəfdən yaxşı idi ki, məsələ o yerdən sonra nə geriyə, nə də qarşıya gedə biləcəkdi, amma digər tərəfdən də hekayə sanki çox yarımçıq qaldı…oxumağa dəyər mi, əgər ‘mutsuz son’ları oxuya bilirsizsə, sizə çox da təsir etmirsə oxuya bilərsiz…