Kitabı oxuyarkən nə hissettiyimdən, sizi nələrin gözlədiyindən bəhs etmək istəyirəm.
Kitabın dili olduqca sadə və axıcı olduğu üçün hər əlimə alanda ən az 30 səhifə oxuyurdum. Baş qəhrəmanımız Nora fəlsəfəylə yaxın olduğu üçün bir çox filosofdan alıntılar var idi amma bu kitabın dilini çətinləşdirmir sadəcə əlavə dad qatırdı deyə bilərəm, xüsusilə də fəlsəfəyə marağınız varsa.
Kitab bir çox şeyi bir daha xatırlatdı mənə, hansı ki, bir neçəsini qeyd etmək istəyirəm.
1. Yaşamın verdiyi fürsətlər. Həyat sonsuz sayda alternativ seçim və fürsətlər sunur bizə. Etməli olduğumuz şey bunları görə bilməkdir.
︎ 2. Kiçik qərarlar belə gələcək həyatımızı böyük ölçüdə dəyişmə gücünə sahibdir. İstifadə etdiyimiz kiçik bir söz belə fərqli təsirlər yarada bilər. Kiçikdir deyə diqqətdən qaçırmamalı.
︎ 3. Peşman olduğumuzu düşündüyümüz, kaş ki dediyimiz, belə olsa daha yaxşı olardı dediyimiz bir çox şeyi dərindən düşünəndə davamlı peşmanlıq hissinin verdiyi ağırlığın əsas hadisəylə bağlı hiss etdiyimiz gerçək peşmanlıqdan qat-qat artıq olduğunu görürük. Bizi əsl incidən də elə bu davamlı peşmanlıq hissidir çox vaxt, real olmasa belə.
︎ 4. Mükəmməl həyat yoxdur. Bizə ən uyğun olan mükəmməl olan deyil, sadəcə 'bizim', 'öz'ümüzün olandır.
︎ 5. Nəyə baxdığın deyil, nə gördüyün önəmlidir.