Yenə başımdakı bu sevda nədir?
Qəlbimi oynadan bu xülya nədir?
Könül dedikləri yaz otağımda,
Bu rəng, bu rayihə, bu ziya nədir?
Bir parça köksümdə bu qoca dünya,
Bir ovuc qəlbimdə bu dərya nədir?
Nədir bu təntənə, nədir bu vüsət?
Bu göy, bu ildırım, bu zəka nədir?
Bütün düşüncəmi alt-üst eyləyən,
Günəşin varisi, bu dəha nədir?
Varlığım ərimiş həsrət içində,
Heyrət içindəyəm, heyrət içində!
✍🏻 Mikayıl Müşfiq