Həmdəminəm, həmdərdinəm.
Sarmıram bu ağrımı
Həsrətimin vəhyidir
Yozuram behiştə bir yuxu kimi...
Bir gün olsun ağlımı
Unutmağa qoymuram səni,
Sən də unutma məni
Sıx köksünə xəyalımı
Eşq mələyinin oxu kimi..
Mən, mənə qənim kəsilib
Bir and kimi gözümə sürürəm
Səni hər sabah, hər axşam.
Ətraf dolu qəlb oğruları
Qoruyuram qəlbimi
O, sənin xəzinəndir.!
Sən də mənə sadiq qal,
Dəyməsin qoy üzünə
Bir müxənnət baxışı,
O gözlərin mənimdir.!
"Yalnız sevgi və ölüm
Dəyişəcək axışı"
Ey səbrin hüma quşu,
Hikmətin nə dərindir..
Dilim şəhadət verir,
Ürəksə "Allah" deyir.
Deyir: "Allah" Kərim'dir"