Ey yaxınlığı uzaqlığdan uzağım,
Ey hicranı can kəsən sazağım,
Varın verən utanmaz,
Nə pay idi verdiyin?
Dolub daşır həsrətindən qucağım...
Dar gün üçün saxladığım xəyalın
Od qalayır köhnə şeirlərindən,
Kömür alır gözlərindən ocağım..
Nə göydəydin, nə yerdə
Elə bil olmamışdın..
Nə xoş günümdə vardın
Nə də şərikdin dərdə...
Qapımı hərdən döyən
Bir quruca Salam'dın...
Biz ki, düşmən deyildik
Öldürəcək adam'dım?..
Bir busalik Ay kimi səbrim elə nazilib,
Əsir dodaqlarıma səmum yeli tək adın,
Yenə gəlir üstümə
Vəsvəsəylə otağım...🌙