"Dərdi dünya olanın
dünya qədər dərdi olarmış.."
Faniyə bağlanın
Günü xeyli ahü-zar,
Gözünə qan dolarmış..
Əlbir olub şeytanla
Qəlb kirayə verənlər,
Qusub anlıq həzzləri
Saçlarını yolarmış...
Fələkdən baş açılmaz
Bir gün ağ, bir gün qara
Cazib gələn vədləri
Əslində çox avara..
Adam səhvə dalarmış?
Yağış sonrası göbələkdi sevgilər
Kim tuta, kim apara
Kim də yolda qalarmış...
Arifdən bir işarə,
Abiddən bir hekayə,
Qurandan onca ayə,
Azacıq ağlı olan
İbrətini alarmış...