Mən gülşeni-can içinde xarəm,
Ayineyi-əqlə bir qübarəm.
Nəm var ki, laf edəm özümdən,
Məhv əylə məni mənim gözümdən.
~~~~
Mən can gülşəni içində xaram,
Əqlin güzgüsündə tozam.
Nəyim var ki, özümdən deyəm?
Məni öz gözümdən sal .
“Bir alim nəql edir ki, alimlərdən birinin evinə getmişdim. Mənə əli ilə işarə etdi ki, gəl yanımda əyləş.
O, kiçik bir həsirin üzərində əyləşmişdi.
Ona dedim ki, yerini dar edərəm (yəni həsir kiçikdir deyə elə ayaq üstdə qalaram).
O mənə dedi: Dünya bu genişliyi ilə iki bir-birini sevməyən kəsə yenə də dar olsa da, iki qarışlıq yer iki bir-birini sevənə bəs edir.
Mən də dərhal əyləşdim yanında.”