Hüseyn Məmməd

Hüseyn Məmməd
@HuseynMammad
"Hal var sağalmaz xəstəlik Ən sevdiyindir üstəlik."
Baku
13 okur puanı
Eylül 2023 tarihinde katıldı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bura elə yerdi ki, Dəlilik hava kimi, su kimi.. Gecəsi xəyal olur, Gündüzü yuxu kimi.. Sizin qalaktikadan, Uzaqda qərib ada.. Az o qədər çoxdu ki.. Bax, məsələn bir ağac, iki ağac, Bir adam, iki adam... Burda ağlı olanın, Özünü tək özünə saxlayanın nə işi.. Və xoşbəxtlik... Buludların arasında həyatla Ölüm-ölüm, Oynayan mart günəşi..
Əzizim dəli gecə, Gəzirəm küçə-küçə Mən dəliyəm görəsən Sən dəlisən, ya necə.... Gözümə düşən işıq, Qaranlığa dolaşıq Nə var içimə dolur, İçi çölü qarışıq. Adamın Allahı var, Bunun da sabahı var Gizlədə bilməyəcək Kimin nə günahı var... Mən küləyəm, yağışam Səbəbsiz axtarışam Bir yetimin dilində İlahi yalvarışam.. Birəm, ikiyəm, üçəm Neçəy əm yoxsa heçəm?! Bir qədəh ömür qalıb Bilmirəm nəyə içəm... Hardasan axı, canım Ölüm qoxulu xanım.. Gəl, mənə nağıl danış Yenə sənə inanım...
Buda belə yazıdı, Səni sənsiz yaşamaq... Danışmaq aynalarla Darıxmağı daşlamaq... Belə sevgi necədi? Zoru sevirdin, könül Çətin əldə olanı Söylə, ürəyincədi? Çıxırmı hər gün canın? Bunlar da sənə azdı! Gözlə, çürüt ömrünü, Boz əskili gününü, Sevdin min ildə birini O da ən əlçatmazdı. Olmur ki, hər adama Adamın yovuşmağı, Artıq hardasan, çıx gəl, Yolun de, qovuşmağın.! Qoxlamadan boynunu Öpmədən ovuclarını Küsmədən, barışmadan Yaşamaq mənasızdı... Təbəssümünə sürgün, Dodağında veyiləm.. Mənim ruhi rəvanım, Vəslinə yetmədiyim, Yəqin belə yaşlanıb Yarımçıq qocalacam, Yox..narazı deyiləm, Şikayətlərim nazdı..