Orda, bu dünyanın lap qırağında,
Bir nəgəng boşluğun lap qabağında.
Oturub dincimi alaram biraz,
Boşluğa sallaram ayaqlarımı,
Uşaqtək yellərəm ayaqlarımı.
Uşaqtək,
Sevincək olaram biraz...
Bir ölüm işıqı gəzər üstümdə,
Boşluğdan səs gələr;
"Yubanma tez gəl."
Sənə çoxdandır ki, bu yer üzündə,
Hər şey maraqsızdı,
Ölümdən özgə...
İlahi! Gəlirəm,
Eşit səsimi...
Kimsəyə ümid yox
Sən ovut məni!
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam.
Özün tut məni!
Ramiz Rövşən
Ârızun yâdıyla nem-nâk olsa müjgânum n'ola,
Zayi olmaz gül temennâsıyla virmek hâra su.
Gül üzünü anarkən kirpiklərim islansa nə zərəri var,
Heç gül əldə etmək üçün dikənə verilən su boşa gedərmi?
Fuzuli