Ülkər Hümbətova

Başqa bir insanın qəlbi sənin üçün qaranlıqdır, xüsusən də qadın qəlbi. İdrakın işığı ora düşə bilməz.
Sayfa 10·Kitabı okudu
İnsan ve Hayat
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Biz qadınların əlində xəyallardan başqa bir şey yoxdur, ona görə də bəli, xəyalpərəstik.
Sayfa 61·Kitabı okudu
İnsan ve Hayat
Məcburi bağışlamağın bir dəyəri var? Həm də yalandan dillə başlayıb, ürəkdən bağışlamamaq daha böyük günah deyil? Axı elə günah çeşidi yoxdur ki, onu yalnız Tanrı bağışlasın? Məsələn, uşaqlara qarşı zorakılıq etmək kimi. Bu elə bir günahdır ki, valideynlər onu bağışlaya bilmir və o zaman bağışlamağın məsuliyyətini Tanrı öz üzərinə götürür.
Sayfa 32·Kitabı okudu
İnsan ve Hayat
İsa zühur edəndə bizi necə tapacaq? Əgər İsa yenidən dirilməyə, minillərlə yaşamağa və daha sonra ümmətini başına yığmaq üçün cənnətdən yerə enməyə qadirdirsə, deməli icmadan qovulmuş bir dəstə qadını da tapmağı bacaracaq.
Sayfa 30·Kitabı okudu
İnsan ve Hayat
Məsum olmağına məsumam, amma normal deyiləm. Heç bir günah işləməməyimə baxmayaraq, yenə də bağışlanmağa böyük ehtiyac duyuram. Çox adam özünü dəyişdirmək məsuliyyətindən qaçmaq üçün keçmişini sentimentallaşdırır və beləcə azad, xoşbəxt ömür sürür. Ən pis halda xoşbəxt olmasa da, dözülməz əzabları da olmur.
Sayfa 19·Kitabı okudu
İnsan ve Hayat