Ülkər Hümbətova

Puan vermedi·128 syf.··
2025 29. kitabı
·
28 günde okudu
·
Okunma: 22 Eylül 2025 19:49
Kitabın içində bir neçə dəfə təkrarlanan “kasvetli” kəlməsi, əslində, bu romanın özüdür — onun havasını, nəfəsini və rəngini müəyyən edən tək söz. Suzan Defter təkcə bir hekayə deyil; o, kasvetin bədənə, ruha və yaddaşa çevrilmiş formasıdır. Ayfer Tunç bu əsərdə oxucuya sadəcə hadisə deyil, insanın öz içindəki səssizliklə dialoqunu təqdim edir. Oxuma tərzi adi romanlardan fərqlidir: burada hadisələri deyil, insanların səssiz ağrısını və susaraq danışma tərzini izləyirsən. Eyni günləri iki fərqli baxışla — bir kişi və bir qadının gündəliyindən oxumaq, oxucunu həm çaşdırır, həm də düşündürür. Çünki eyni hadisəni hər kəs öz duyğularının rəngi ilə danışır. Biri — Ekmel Bey, həyatdan əlini çəkmiş, köhnə vərdişləri və itkiləri ilə tənha yaşayan bir kişi. O, gündəliyini yazarkən elə bilir ki, bu yazı bitəndə özü də bitəcək. Yazmaq onun üçün ölümə hazırlığın ən sakit formasıdır. Digəri — Derya, içində illərlə böyüyən qısqanclığın və çatışmazlığın izlərini daşıyan bir qadın. O, böyük qardaşının sevgilisinə duyduğu qarışıq hisslərlə yaşayıb; onları bir yerdə saxlayan, eyni zamanda ayrı tutan bir güc kimi. Onun gündəliyi sanki sevgiylə nifrət arasında qalmış bir ruhun etirafıdır. Bu kitabı oxumaq, bir başqasının günlüyünə baxmaqdan çox, öz ruhunun köhnə səhifələrini çevirmək kimidir. Hər sətrin sonunda səssizcə bir “niyə belə oldu?” sualı dayanır. Tunç oxucunu insanın ən qorxduğu yerə — xatirələrin içinə aparır. Çünki bəzən xatirələr insanın ən dərin bataqlığına çevrilir.
1000k
Suzan DefterAyfer Tunç · Can Yayınları · 202520,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
7/10
·111 syf.··
2021 3. kitabı
·
3 saatte okudu
·
Okunma: 20 Ocak 2021 19:57
Zaman zaman ətrafınıza qarşı həssaslığınızı və diqqətinizi itirdiyiniz olur? Sadəcə insanlara ayaq uydurmaq məqsədi ilə onların hiss və duyğularını təqlid edirsiniz? Zweig'dən oxuduğum neçənci əsərdir bilmirəm amma yenə də nəfəs-nəfəsə qısa zamana bitirdiyim bir əsər oldu. Yazı üslubu, təsvirlərin genişliyi, cümlələrin dolğunluğu və o haradan gəldiyini bilmədiyim yoğun bir hiss nəfəsimi kəsdi doğrusu. Əsərdə ətraf aləmdən, yaxınlarından, dostlarından təcrid olunmuş bir adamın yenidən yaşamın o yoğun duyğularını necə kəşf etdiyini oxuyuruq. Əvvəlcə o donuq ifadəsi və vecsizliyi ilə dəhşətə düşüb, daha sonra içində yenidən yaşıllaşan insanlığı və onun bütün iç dünyasına təsir edən cümlələri ilə həyəcan keçiririk. Bütün bu gedişat, kitab qısa olsa da insanı yorur. Özünü ölü hesab edən heç bir şeydən keyif, həyəcan və s. duyğular almayan baş obrazımız, bir gün qəribə günahkar bir davranış nəticəsində içində nələrinsə alovlandığını, artıq keçirdiyi hisslərin təqlid deyil real olduğunu görür. Bu adamın qısa amma köklü dəyişimi məncə çoxlarının yoluna işıq salacaq.
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,6bin okunma
7/10
·172 syf.··
2021 24. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Mayıs 2021 16:45
Tanrı yoxsa din? Hansına inanırsınız? Bu günə kimi oxuduğum elmi-fantastikalar içərisində ən axıcı ancaq ən zidd fikirlərə sahib olan əsər məhz budur. Əslində bu əsərdə elmi-fantastika bir balaca sönük qalır. Daha çox din, inanc və tarixlə bağlıdır. Tarixi sevsəm də, tarixə çox inanan biri deyiləm. Biz sadəcə tarixçilərin bizə çatdırdığı qədərini bilirik və onun da doğruluq payı nə qədərdir? Bu kitabdakı kimi bir şansım olsaydı: zamanda səyahət edib, hansısa bir dinin yaranmasına şahidlik edə biləcəyimi təklif etsəydilər, bu təklifi əlbəttə qəbul edərdim. Kitabda Karl Glogauer adlı bir gəncin həm yaşadığı dövrdə başına gələnləri,  həm də zamanda səyahət edərək getdiyi - İsanın çarmıxa çəkildiyi dövrdə başına gələnləri paralel şəkildə oxuyuruq. Kitab sadəcə xristian dini üstündən danışsada, dedikləri şeyləri bütün dinlərə şamil etmək mümkündü. İsa'dan əvvəl İsa fikrinin yaranmış olması, insanların dinləri dövrlərinə uyğun dəyişərək, modernləşdirməsi: bütün dinlərin əslində bir birinin davamı olması və s. Əlbəttə bəzi fanatiklər kitabda yazılan fikirlərə qatılmayacaq. Amma mən bir çox fikirlə razıyam. Bir oturuşda  bitirə biləcəyiniz,eyni zamanda üstündə saatlarla düşünə biləcəyiniz bir kitab
1000k
İşte İnsanMichael Moorcock · İthaki Yayınları · 20181,850 okunma
10/10
Her ne kadar felsefe ile ilgili olsa da, kitap baştan sona yeni fikirlerle, düşüncelerle, sorularla dolu olacak kadar akışkan ve basit bir dilde yazılmıştır. Kitabı okumanın ötesine geçip daha fazlasını düşündüm. Sadece okumak değil, aynı zamanda derin düşündürdü. Doğanın ilk filozofları olan Sokrates, Platon, Aristoteles, Ellinism, ortaçağ filozofları, Rönesans, Descartes, Spinoza, Kant, Marx, Darwin, Freud ve diğerleri. hakkında bilgiler vardı. Bazılarını bilsek bile, tarihin bu çok yönlü felsefesi insanlara çok şey katıyor. Felsefe hakkında düşünmeye ek olarak, Sophie'nin deneyimleri hakkında sofistike bir roman okuduk. "Felsefe öğrenebileceğiniz bir şey değildir; felsefi düşünmeyi öğrenebilirsiniz" Sofi'nin Dünyası Jostein Gaarder
Felsefe
Sofi'nin DünyasıJostein Gaarder · Pan Yayıncılık · 199543,6bin okunma