Aysun

Aysun
@Iceoonnn
Student -CE
UNEC
Sumgait
7 Ekim
83 okur puanı
Şubat 2022 tarihinde katıldı
Qəribədir xatirələr. Adamın içində elə səssiz uyuyar ki, deyərsən, heç yoxdur. Amma bir qorxudan, rəngdən, səsdən elə oyanar ki...
Sayfa 140 - Yay·Kitabı okudu
Hatıralar
Reklam
Melleri başını ağır-ağır tərpədib dedi: -Bir bədəndə iki adamın yaşamağından ağır dərd yoxdur.
Sayfa 132 - Yay·Kitabı okudu
1000k
- İnsan beyni təzadlarla, konfliktlərlə doludur. Başqalarının bizə inanmasından ötrü yalan danışırıq. Kiminləsə yaxınlaşmaqdan ötrü gerçək məqsədimizi gizlədirik. Biz xoşbəxtlik dalınca qaçırıq, amma onu hürküdürük.
Sayfa 132 - Yay·Kitabı okudu
1000k
-Biz hamımız belə düşünməyə meyilliyik: mənim problemim düşdüyüm vəziyyətlə bağlıdır, sənin problemin isə öz fərdi keyfiyyətlərin ilə.
Sayfa 132 - Yay·Kitabı okudu
1000k
— Ən böyük ağrılarımızın, iztirablarımızın səbəbi qəbul etmək istəmədiyimiz səhvlərimizdir. Bəs nəyə görə o səhvlərimizi etiraf etmək istəmirik? Çünki onlar bizim gerçək təbiətimizə heç cür uyğun gəlməyən səhvlərdir. Biz gözümüzü açıb o səhvlərə baxmaqdan qorxuruq. Biz bir bədəndə iki fərqli adama çevrilirik. Bir-birinə nifrət edən iki adama. Yalançıya və yalana nifrət edənə. Oğruya və oğurluğa nifrət edənə. Bu iki adamın təhtəlşüurda davası qədər ağrılı bir şey yoxdur. Biz ondan qaçmağa çalışırıq, amma o da bizimlə bir yerdə qaçır. Hara qaçırıqsa, o davanı da özümüzlə ora aparırıq.
Sayfa 126 - Yay·Kitabı okudu
Ağrı
Reklam