İlahə Cəfərli

İlahə Cəfərli
@Ilaha_C
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Mən Bir Susmaz Duyğuyam Ki...
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm, Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm. Mən səninçün ömrüm boyu cəfalara dözərəm, Sənsiz güllər açılmasın, axar sular dayansın, Oxu bülbül, bəlkə yarım oyansın... Mən bir sönməz ulduzam ki, daim işıq saçaram, Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçaram, Mən bir saqlı aləməm ki, sevgilərdir açarım. Sənsiz günəş görünməsin, qaralara boyansın, Oxu bülbül, bəlkə yarım oyansın... Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım, Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım! Arar, arar, arar, arar, axır səni taparım; Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın, Oxu, bülbül, bəlkə yarım oyansın!..
Şiir
M.Müşfiq |Gecə düşüncəsi
Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Şiir
Şahdan gəlib şaha gedən yoldayam Dan yerindən əsən mehə bələndim, Mehdən gəlib mehə gedən yoldayam. Duru gəlib duru qalmaq eşqinə Şehdən gəlib şehə gedən yoldayam. Libası qəm, paltarı qəm, donu qəm, Günlərimiz beşi sevinc, onu qəm. Bu dünyanın əvvəli qəm, sonu qəm, Ahdan gəlib aha gedən yoldayam. Yağış mənim, boran mənim, qar mənim, Uçurum mənim, keçid mənim, dar mənim, Ucuz yolda nə ölümüm var mənim? - Baha gəlib baha gedən yoldayam...
Şiir
Ən təsirli monoloqlardan...
İblis: Mənsiz də əmin ol,sizə rəhbərlik edən var: Qan püskürən,atəş savuran kinli krallar Şahlar,ulu xaqanlar, o çılğın dərəbəklər Altun və qadın düşkünü divanə bəbəklər Bin hiylə quran tilki siyasilər,o hər an Məzhəb çıqaran,yol ayıran xadimi-ədyan Onlarda bütün fitnəvü şər,zülmü xəyanət Onlar duruyorkən bəni təhqirə nə hacət? Onlar,əvət onlar sizi göynətməyə kafi, Kafi,sizi qəhr etməyə,məhv etməyə kafi...
Alıntı