Tolstoyun həyatın mənasını, nə üçün yaşadığımızı, dinləri araşdırdığı və öz həyatı barəsində etiraflarından bəhs edən oxumağa dəyər bir kitabdır.
"Nə vaxtsa öz həyat hekayətimi – cavanlığımın on illik həssas, ibrətli dövrünü də danışacağam.
Məncə, çoxları mənim keçdiyim həmin dövrü keçiblər. O vaxtlar bütün qəlbimlə yaxşı olmağa can atırdım - amma gənc idim, arzularım vardı, mənsə tək idim, yaxşılıq axtarışında tamamilə tək və yalnız. Hər dəfə ən səmimi arzularımı açmağa cəhd edəndə - yüksək əxlaqlı olmaq istəyimi aşkar
edəndə, həqarət və istehza ilə qarşılaşırdım. Pis, alçaq ehtiraslara təslim olanda isə, əksinə, məni tərifləyir, rəğbət göstərirdilər. Şöhrətpərəstlik, mənsəbsevərlik, hərislik, şəhvət, təkəbbür, qəzəb, intiqam - bütün bunlara hörmət vardı. Bu istəklərimin ardınca düşərək mən əksəriyyətə bənzəyir, ətrafımdakıların məndən razı qaldığını hiss edirdim."