Aysel Məmmədova

Aysel Məmmədova
@JOKERIA5
İlk SEVGİSİNƏ
Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar yenə, olmuş gecə yarı Gözlər asılı, yox nə qaraltı, nə də bir səs, Batmış qulağım gör nə döşürməkdədi darı Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər, Gahdan onu day yel deyə laylay huş aparır Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən Məndən aşağı kimsə yox, ondan da yuxarı Qorxum budu, yar gəlməyə birdən yarıla sübh, Bağrım yarılar, sübhüm, açıla tarı! Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma O çıxmasa da ulduzumun yoxdur çıxarı Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh, Qaş beylə ağardıqca, daha baş da ağardı Eşqin ki, qərarında vəfa olmayacaqmış, Bilməm ki, təbiət niyə qoymuş bu qərarı? Sanki xoruzun son banı xəncərdi soxuldu, Sinəmdə ürək varsa, kəsib qırdı damarı. Rişxəndilə qırcandı səhər, söylədi:-Durma, Can qorxusu var eşqin, ulduzun bu qumarı
Şiir
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Vüqar Biləcəri
Adam var ölmüşü eliyib diri böyüdəndi Adam var ki sözü eliyib iri böyüdəndi Həyat belədi biri böyüyən biri böyüdəndi Sən nə vaxtsa sənə baxan insanə baxırsan
Alıntı
Vüqar Biləcəri
Heç kim məni ram eyləyə bilməz Əzəldən bir sevgili cananın önündə farağatdım.
Aşk