Hər məkanın özünə məxsus qaydaları var, o qaydalardan kənara çıxsa, sanki öləcəkmiş kimi onlara qeyd-şərtsiz əməl edir insanlar. Bahalı bir restoranda sadə geyinmək insanlar tərəfindən necə xoş qarşılanmırsa, xəstəxanada olan birinin də yaxşı görünməsi bir qədər ayıb olur sanki...