İyun ayında sizi azad etmişik. Düşünmüşdük ki, bu aylarda siz dövlətimizə sadiqlik nümayiş etdirəcək, uygun addımlar atacaqsınız. Ancaq görünən o oldu ki, bu aylarda sizin mövqeyinizdə heç bir dəyişiklik olmayıb. Bu barədə nə deyə bilərsiniz?
-Mən neyləməli idim ki?- nifrətlə dilləndi...
+Siz qadın komitələrinə müraciət edib, bu nikahın bir gənclik səhvi oldugunu, Əhməd Cavadın fikirlərinə şərik olmadığınızı sübut etməli idiniz!
-Başa düşmədim, yəni həyat yoldaşımdan imtina etməli idim?
+Əlbəttə, kimsə sizi başa salmalı idi. Eybi yoxdur, hələ gec deyil, siz bu gün... imzalayın, xanım Bejanoğlu. Siz əsil-nəcabətli bir nəsildənsiniz. İmzalayın ki, dövlətimiz sizin sadiqliyinizə, nəslinizin nəcabətinə, övladlarınıza yaxşı bir ana olmağınıza inansın.
-Bunu imzalasam nə olacaq, imzalamasam nə olacaq?
+Zənn etdiyimdən də ağıllı qadınsınız, knyagina...deməli belə; imza atdığınız təqdirdə sizi elə bu dəqiqə həbsdən azad edəcəyik. Siz bununla Axundzadə familiyasından imtina edib, yenidən Bejanoğlu olacaqsınız. İmzalamayacağınız halda isə- sizi yatdığınız kameradan da bərbad yerə köçürüb, illərlə həbsdə saxlayacağıq. Övladlarınızın taleyi də yaşlarına uygun olaraq islah düşərgələrində keçə bilər. Onlar xəstəliklərdən, anasızlıqdan ölə bilərlər. Belə... İndi nə deyirsiniz? Buyurun seçim sizindir.
-Siz bilirsiniz ailə, sevgi nə deməkdir? Ailə bütün birliklərdən fərqli olaraq, mənəvi bağlarla birləşir. Ailənin bir üzvü boğularkən onu orda qoyub getmək yerinə, hamı o kəsi xilas etmək üçün çabalayır. Nə baş verirsə versin ailə birlikdə olmalıdır. Bəlkə də, bunu imzalayandan sonra məni kameraya basıb, boşanma kağızını Cavada göstərəcəksiniz. Bu da onu mənim əlimlə öldürmək olacaq. İstəyirsiniz məni öldürün, bu kağızı imzalamayacam. Biz düşmən deyilik! Bizi də, özünüzü də buna