Əgər ətrafındakılara biganə, sanki heç kimin köməyinə ehtiyacın yoxmuş kimi yaşasan, bir zaman gələcək, anlayacaqsan ki, sən də artıq heç kimə lazım deyilsən.
Mənim ən böyük qəbahətim də budur, səndən sənin olmaq istədiyindən çox şey gözləmişəm. Bilirsən, başqalarının diqqət və səylərinə dəyər verməyən insandan zərərlisi yox dur. Çünki o biganə insan öz hərəkəti ilə yaxşılıq etmak arzusunda olanları bu istəklərindən soyudur.
Mənə elə gəlir ki, müəyyən əqli inkişaf səviyyəsinə sahib bir insanın əldə etdiyi həqiqi nailiyyətdə sadəcə istedadının deyil, uğursuzluğa tab gətirmək bacarığının payı da var.