Nə etmək, ömrün yarısı xəyallarda keçir, bəlkə, buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir.
Mən nankor deyiləm. Lap uşaqlıqdan həmişə qismətimə düşən kiçik bir səadət qığılcımı da məni fərəhləndirib, xoşbəxt etmişdir.
Hətta, bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəktək parlayıb qeyb olan anlardan ibarətdir.