Baxıb böyütsünlər deyə oğlu olmayan varlı ailəyə verilmiş yoxsul uşağın hekayəsi idi bu. Günəşin, azadlığının həsrətini çəkən, yaramazlıq etməyi sevən küçə uşağının yeni ailədə evsiz - eşiksiz qalmasının, bir daha geri dönməyəcək şəkildə itməsinin, diqqətsiz qalmasının unudulmasının hekayəsi...
Həqiqətən bu qədər bəyənəcəyimi düşünmürdüm.Kitab həqiqətən möhtəşəmdi.
Kitabın ən sevdiyim yeri şeirvari olmasıdır.(Şeirləri o qədər də sevməsəmdə)Hər səhifəsində bir alıntı və o alıntıların hər biri o qədər qəşəng idi kii.Azelin Gülcə ilə münasibətindən əlavə babası ilə münasibəti o qədər xoşuma gəlirdi kii.Babasının Azelə verdiyi nəsihətlər,Pərvanənin şeirləri,Azelin Gülcəyə verdiyi tövsiyələr...Hər biri insanı oxumağa cəlb edirdi.Hər kəsin oxumasını tövsiyə edirəm. mütləq oxuyunnn AzelAmin Oruc