Kamran Səməd

"Cerrah" David Beers.
3/10
·304 syf.··
2022 18. kitabı
·
8 günde okudu
·
Okunma: 25 Ağustos 2022 12:18
Romanı səhnələşdirərək yutub kanalıma əlavə eləmişəm. Buyurub izləyə bilərsiniz. youtu.be/uLY0XtLF568 1957-ci il təvəllüdlü amerikalı yazıçı Devid Birs əsas mənfi qəhrəmanı Lyuk Taytn olan silsilə detektiv-triller romanlarının müəllifidir. Bu videoda Lyuk ilə daha yaxından tanış olmağınız üçün onun "Cərrah" adlı romanını səhnələşdirmişəm. PS Bu qeyri-ciddi romanı oxumağı düşünürsünüzsə bu videonu izləməyiniz daha məsləhətdir, yəni spoiler yeyəcəksiniz, amma qəti narahat olmayın...
.....
CerrahDavid Beers · Arkadya Yayınları · 2018141 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Şüurlu və Şüursuz
8/10
·152 syf.··
Beğendi
·
2022 11. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Temmuz 2022 17:50
"..Aclıq, məşəqqət və xəyal qırıqlığı həyatın dəyişməz qanunlarıdır." -yazmışdı Corc Oruel "Heyvanıstan" əsərində. Bu sözlər ilk baxışdan hansısa səfil insan bədii obarızına aid olduğu kimi görünsə də mövcud sistemin qanunlarını dərk edən bir heyvan obrazına aiddir. Oruel bu alleqorik əsərində heyvanlar aləmindən istifadə edərək təkcə insan yaşamının qanunauyğunluqlarını, şüurlu şəkildə qurulan ierarxiyanı tənqid eləməklə kifayətlənmir, həm də insanlar və heyvanlar daxil bütün canlıların şüurlu və şüursuz şəkildə bu qanunauyğunluğa tabe olduğunu gözlər önünə sərir. Əsəri oxuyandan sonra düşündüm: təbiətdəki qanunlar, təbəqələşmə, güclülərin qalib gəlməsi şüursuz canlılar tərəfindən reallaşdıqda bu bizi çox da incitmir. Əks halda bir aslan şüurlu şəkildə ceyran balasını ovlamaq üçün gecə-gündüz plan hazırlasaydı biz ona şürsuz ovçu olduğu zamanlardan fərqli olaraq nifrət edərdik. Bütün canlılar şüursuz bir nöqtədən başlayaraq təkamül keçirmiş, sadəcə şüurlu və şüursuz olaraq formalaşdıqlarında heyvan və insan ikilisinə ayrılmışdır. Diqqət yetirsəniz bir insan balası şüur baxımından meymun balasından çox da fərqlənmir. Bu nöqteyi nəzərdən başlanğıcımızı əsas götürərək insanı heyvan adlandırmaq bizi incitməməlidir. Oruel "Heyvanıstan" əsəri ilə bu bucağa tərs tərəfdən atəş açır və dovşanı deyil, insanı gözündən vurur. Yəni, heyvan (eşşək, donuz, qoyun) adlandırılan insanlar yox, şüurlu insana bənzədilən heyvanlar təhqir olunmuş sayılmalıdırlar.  "Düşünürəm ki, insan şüuru təkamüldə faciəvi şəkildə irəliləyib." - True Detective serialındakı Rust xarakteri belə düşünürdü və o, çox güman ki, düşüncələrində haqlı idi. Bəs fərqinə varan insan nədən qaçmalıdır? Özündənmi, şüurdanmı yoxsa şüurlu toplumdanmı? "The Lobster" filmi eynən "Heyvanıstan" qanunları kimi şüurlu kütlənin
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,1bin okunma
5/10
·344 syf.··
Beğendi
·
2021 19. kitabı
Yalnızlıqdan Şizofreniyaya. "Amma reallıq elə sonda gəlir. Bəlkə də gəlişi elə son olur". Deməli belə, bu kitabla ilk tanışlığım müəllifi Murad Həsənovun instagram səhifəsinə göz atarkən olmuşdu. Kitab barəsində hər paylaşımın altında bol-bol müsbət oxucu rəylərinin olması, heç kəsin mənfi və tənqid xarakterli fikir bildirməməsi məndə kitaba qarşı böyük rəğbət oyatmışdı. Süjet xətti ilə maraqlandığımda isə əmin oldum ki, yazarın qələmi ilə tanış olmasam belə bu romanı oxumalıyam. Və 2017ci ildə oxudum. Spoiler! Romanda pessimizmin suyu daha çox olmasına baxmayaraq axıcı dildə yazılıb və sona qədər sıxılmadan oxudum. Hadisələr nə qədər açıq görünsə də müəyyən sirlərin olduğunu və bununla da maraqda saxlamağı bacarırdı, Amma müəyyən həddən sonra artıq sonunu təxmin eləmişdim. Tam bir Palanik klişesi ilə qarşı-qarşıya qalacağımı hiss edirdim (bu termini özümdən uydurmuşam☺, yazıçı Çak Palanikin "döyüşçü klubu"nda istifadə elədiyi şəxsiyyətin ikiləşməsi sindromu, müasir ədəbiyyata və filmlərə yeni tövhələr verdiyindən, artıq bu klişe halına gəlib). Kitabdakı hadisələrin döyüşçü klubu ilə heç bir əlaqəsi yoxdur əlbətdə, lakin sonluq həmin klişedən yayına bilməyib. Bəlkə də çoxlarınız normal qarşılayırsınız, amma mənim fikrimcə zəyiflikdir. Özüm də hətda ilk əlimə qələm aldığım vaxtlarda bu klişedən istifadə edərək bir hekayə yazmışam və bilirəm ki, hekayə nə qədər ağır irəliləsə də sonunu əziyyət çəkmədən məntiqli bağlamaq istəyən üçün ucuz bir metoddur. Bu romanda ona görə bu mövzuya əsəb olmuşdum ki, yazıçı öz səhifəsində Palanik klişesindən yayındığını dəfələrlə dilə gətirirdi və bir oxucu olaraq məni aldatmağı bacarmışdı. Öz iradımı dəfələrlə komentlərində ona bildirsəm də rəylərim silindi və nəhayət yazar məni blok elədi☺. Canı sağ olsun, əvəzində mən anladım ki,
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017623 okunma
4/10
·432 syf.··
2021 1. kitabı
·
20 günde okudu
·
Okunma: 17 Ocak 2021 13:22
Kitab barəsində yazılı fikirlərimə keçməzdən öncə xatırlatmaq istəyirəm ki, yutub kanalımda bu roman haqqında ətraflı təhlil videosu paylaşmışam. Linkə keçərək izləyə bilərsiniz. youtu.be/GYJA7_gHsXA Kitab barəsində qısaca danışmaq istəyirəm. Sadəcə heyran qaldım. Yazıçının sadə yazı dilindən istifadə edərək (hətta o qədər sadə yazılmışdı ki, bir anlıq bəsit wattpad hekayəsi oxuduğumu zənn elədim) belə bir roman ərsəyə gətirib oxucuları axmaq yerinə qoymağa çalışması məni dəhşət dərəcədə heyrətləndirdi. Roman əvvəldən sona qədər məntiq xətaları ilə bol idi və inana bilmirəm ki, (ilk səhifələrdə yazılan rəylərə əsasən,) bloggerlər tərəfindən müsbət qarşılanıb; kitab haqqında harada bir təhlil oxudumsa azqala hər kəs bir ağızdan mütləq oxunmalı kitab olduğunu qeyd edirdi. "Möhtəşəm psixoloji-triller" adıyla oxuculara geydirilən bu romanda ümumiyyətlə psixoloji triller janrının zərrə ünsürləri də yox idi. Əgər "əsəb gərginliyi" janrı olsaydı mütləq bu kitabı həmin janrda təqdim eləmək lazım idi: bir neçə dəfə - oxucu sanki malmış kimi məntiqsiz hadisələri hekayətə quraşdıran yazıçıya nifrətimdən kitabı yarımçıq bağlamaq, hətta bəzən ikiyə bölmək istədiyim oldu. Qətiyyən mütaliə zamanı belə duyğulara qapıldığımı kitabın uğuru ilə əlaqələndirməyin, məni əsəbiləşdirən -  məntiq xətaları idi, hansı ki, hər bir diqqətli oxucuda qıcıq yaratmağa qadirdi; və bu məntiq xətalarının mütləq daha inandırıcı alternativləri mümkün olduğu halda sırf hekayət xətrinə yazar bəsitçiliyi seçərək oxucunun başını aldatmağı (müsbət rəylərə əsasən) yaxşı bacarmışdı; vaxtı ilə samballı işdə çalışmış, işi ilə əlaqədar daim xarici ölkələr gəzmiş "ağıllı" Qreys adlı əsas qadın obrazımız necə oldu ki, kitabın sonlarına qədər başıboş hərəkətlərə yol verərək ev dustaqlığından qurtula bilmirdi.
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018667 okunma
5/10
·372 syf.··
2020 50. kitabı
Marc Levy'dən oxuduğum ilk kitab idi. Yazıçının kitabları haqqında çox eşitmişdim, yazarın toxunduğu mövzular həmişə kənardan diqqətimi çəkmişdi. Eləcə də bu kitabı. İlk maraqlandığımda Mövzusu çox fantastik görünürdü və məni dərhal özünə cəlb eləmişdi. Amma onu deyim ki, roman gözləntilərimi qarşılamadı. İlk əvvəllərində hadisələr axıcı və cəlbedici idi amma sonradan roman sanki bir az öz əsas mövzu cığırından yayınaraq məni yormağa başladı. Hadisələr siyasi yön almağa başladı və məni maraqlandıran əsas mövzu - baş qəhrəmanın zamanda geriyə qayıtmasının məndə yaratmış suallarının və marağının təsiri yox oldu. Sanki belə bir fantastik hadisə zaman keçdikcə qəhrəman üçün öz sehrini, həyəcanını itirir və onun kimi oxucunu (məni)da az düşündürməyə başlayır. Oxuduqca Məntiqi səhflər də bir qədər məni həvəsdən salırdı. Məsələn, kəpənək effəkti deyilən bir nəzəriyyə var: xırda bir hadisə gələcəkdə böyük dəyişikliklər yarada bilər.Əvvəlki həyatında ölmüş və gözünü açdığında iki ay keçmişə qayıdan Qəhrəmanımız Andrew ikinci həyatında bəzi hadisələri çıxmaq şərtiylə bəzilərini öncəki kimi yaşamır.Əgər ikinci həyatda bir nöqtədə fərqli hadisə baş verirsə, böyük ehtimalla o hadisə gələcəkdə tamam fərqli hadisələrlə nəticələnə bilər və beləliklə qəhrəman bəlkə də öldürülməyə bilər, ya da onun ölümü tamam başqa bir tarixdə reallaşa bilər. Nə əcəb qəhrəmanımızın, onun dostunun və dedektiv tanışının ağlına bu gəlmədi? . Romandakı son hadisələr mənimçün əvvəli kimi bir qədər maraqlı olmağı bacardı, amma tam o sonluq məni qətiyyən qane etmədi.Yazıçı sonda hadisələrin ucunu açıq buraxmaqla gözümdə güclə yuxarı qalxmağa başlayan romanı yenə də yerə çırpdı. Bir sözlə, ola bilərki uzun müddət Marc'ın kitablarına müraciyət eləmədim
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015599 okunma